QR CodeQR Code

Əsrin Sövdələşməsi: İran və Ərəbistan (6)

IslamTimes , 1 Jun 2019 15:07

Əsrin Sövdələşməsi (6)


Əsrin Sövdələşməsində regiondakı tərəflərə nəzər salaq.
İranda Həzrət Ayətullah Xamenei Həcc məsulları ilə görüşdə buyurub: İndi amerikalılar Fələstinə aid şəytan siyasətlərinin adını Əsrin Sövdələşməsi qoyub. Bilsinlər ki, Allahın fəzli ilə bu layihə baş tutmayacaq. Amerika başçılarının acığına, Fələstin məsələsi unudulmayacaq və Qüds  Fələstinin paytaxtı kimi qalacaq.
Fələstin  administrasiyası başçısının müşaviri Nəbil Şəəs deyib ki, Tramp İrana müxalifdir və məqsədi Fələstin xalqına köməkdir. Ərəb-İsrail ittifaqı İrana qarşıdır. Layihə rejionda sülh və İsrail-Fələstin qarşıdurmasının həlli  üçündür.
Layihədə başqa bir tərəf Ərəbistandır. Riyazın bu layihədən üç gözləntisi var: Amerikanın etimadını qazanmaq, regionda siyasi nizamı dəyişmək, müqavimət cəbhəsini məhv etmək.
Bin Salman ötən iki ildə göstərib ki, Əsrin Sövdələşməsinin reallaşması, İsrailin rəsmən tanınması onun böyük arzusudur. ABŞ səfirliyi Qüdsə köçürülərkən Bin Salmanın susması, onu Atlantik qəzetinə müsahibəsi, İsraili rəsmən tanıması, sionistlər və Trampın kürəkəni Kuşnerlə açıq və gizli görüşləri Ərəbistanın bu layihə üçün birbaşa təlaşlarını göstərir.   
 


Story Code: 797405

News Link :
https://www.islamtimes.org/az/news/797405/əsrin-sövdələşməsi-iran-və-ərəbistan-6

Islam Times
  https://www.islamtimes.org