0
Sunday 19 June 2011 - 12:03

“Yeni Hakerlər” HaqqYolu.org-un işini əngəllədi!

Story Code : 79772
“Yeni Hakerlər” HaqqYolu.org-un işini əngəllədi!
“Yeni Hakerlər” HaqqYolu.org-un işini əngəllədi!
Hiylələri puç edən Allahın adı ilə! 
“Yeni Dünya”mızda cahiliyyət, irtica, quldurluq Yenilik adı altında təqdim olunur. Texnolji proqresin son nailiyyətləri ilə silahlanmış Quluqçu-hakerlər “Yeni Azərbaycan”da onların ağalarının paxırını açanlardan olan HaqqYolu.org portalının fəaliyyətində fasilə yaradıblar.
HaqqYolu.org ideoloji, dini və milli mənsubiyyətindən aslı olmayaraq zülmə düçar olmuş insanların hüquqlarını müdafiə edir, eyni zamanda bəşəriyyətə qurtuluş olaraq göndərilmiş müqəddəs İslam təlimlərini işıqlandırır.
HaqqYolu.org-a ilk dəfə deyil ki, çirkin əllər uzanır. Əgər biz Haqq Yoldayıqsa (Allahdan ən böyük istəyimiz budur ki, bizi öz yoluna hidayət etsin) batilin iblisanə təlaşları əbəsdir. Allah öz haqqını istənilən bir yolla çatdıracaq. Yeni Azərbaycanın Yeni qulluqçu-hakerləri və onların ağalarına qalan yalnız əzab-əziyyət olacaq!

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu
Comment