0
Sunday 9 June 2019 - 05:40

Hayko Maasın qəfil Yaxın Şərq səfərinin məqsədləri

Story Code : 798506
Hayko Maasın qəfil Yaxın Şərq səfərinin məqsədləri
Almaniyanın xarici işləq naziri Hayko Maasın Yaxın Şərqə, öncə İordaniyaya, sonra İraqa səfəri ölkəsinin regiondakı gərginliyə görə narahatlığını göstərir. Bu səfər İranla ABŞ arasında yaşanan gərginliyi azaltmaq üçün  bir addım sayıla bilər. Maas Bağdaddakı görüşlərində İraqdan gərginliyin azaldılmasına kömək istəyib. Nazirin ofisi onun İrana da səfər edəcəyini və Nüvə Razılaşması ilə bağlı müzakirə aparacağını bildirib. Maas bu səfərdən öncə razılaşmadan çıxdığı üçün Amerikanı ittiham edib və ortada inam olmasa belə Tehranla danışıqları davam etdirməyə məcbur olduqlarını dilə gətirib.  
 
Source : IslamTimes
Tagged
maas