QR CodeQR Code

Ənsarullah Səudiyyə rejiminin Cizan aeroportuna PUA ilə hücum etdi

Deyerler , 10 Jun 2019 14:34

Islamtimes - Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) cənubda Yəmən sərhədinə yaxın yerləşən Səudiyyə rejiminin Cizan aeroportunu Qasif 2K pilotsuz uçuş aparatı (PUA) ilə vurduqlarını açıqlayıb.



Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmənin PUA birliyindən verilən məlumata əsasən, Cizan aeroportuna qarşı hava hücumunda Yəməndəki hücumlarda istifadə olunan PUA-lara aid anqarlar hədəfə alınıb.
 
Sözügedən hücumun Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Cizan aeroportunu hərbi bazaya çevirməsindən sonra reallaşdırıldığı bildirilib.
 
Xəbərdə koalisiya qüvvələrinə aid təyyarələrin Cizan bölgəsindəki Ən-Nar dağına qarşı irəliləməsinin qarşısını almaq üçün təşkil etdiyi iki hava hücumunun uğursuz olduğu qeyd olunub.
 
Xəbərdə, həmçinin Ən-Nar dağının şərqindəki bölgələrə təşkil olunan hücumda 1 səudiyyəli əsgər ilə 4 muzdlu döyüşçünün öldüyu, silah-sursatlarının da müsadirə edildiyi bildirilib.
 


Story Code: 798711

News Link :
https://www.islamtimes.org/az/news/798711/ənsarullah-səudiyyə-rejiminin-cizan-aeroportuna-pua-ilə-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org