QR CodeQR Code

Qolan cəbhəsi fəallaşır

IslamTimes , 11 Jun 2019 05:29

İslamTimes: İsrail qorxu içindədir


Trampın Qolan Yüksəkliyini İsrail ərazisi kimi tanımasından məst olan sionistlər son günləri qorxu içində çabalayır. Hazırda Qolan cəbhəsində fəallaşma gedir. Tramp müqavimət cəbhəsinin mənafelərinə zidd addımlar atdığı bir vaxtda işğal edilmiş əraziyə Suriyadan raketlər atıldı. Bu artıq Qolan məntəqəsində yeni durum yarandığını göstərir. Əl-Məyadin xəbər verir ki, Suriyadan raket hücumunun öz mesajı var. Əvvəla, ABŞ-ın Qolanı İsrail ərazisi kimi tanıması mövzunu qapamır, əksinə yeni fəsil açır. Qolanda sabitlik başa çatıb və Suriya öz torpaqlarını geri alacaq. İkincisi, İran Suriyadan çıxsa belə vəziyyət dəyişməyəcək, Suriya hökuməti öz mənafeləri arxasında dayanıb. İsrailə atılan raketlər cəbhə xəttinin dəyişdiyini, Suriyanın daxilindən Qolana gəldiyini göstərdi.
 


Story Code: 798810

News Link :
https://www.islamtimes.org/az/news/798810/qolan-cəbhəsi-fəallaşır

Islam Times
  https://www.islamtimes.org