0
Wednesday 12 June 2019 - 17:03

Müqtəda Sədr Ərəbistanı İmamların (ə) qəbrinin bərpasına çağırdı

Story Code : 799168
Müqtəda Sədr Ərəbistanı İmamların (ə) qəbrinin bərpasına çağırdı
İraqda Sədr hərəkatının rəhbəri Müqtəda Sədr Ali-Səud rejiminə ünvanlanmış bəyanat yayıb. Bəyanatda Ərəbistan başçıları İmamların (ə) dağıdılmış məzarlarının bərpasına çağırılır. Bəyanatda deyilir: Bu addım dini firqəçiliyi zəiflədər. 8 şəvval Bəqidə İmamların (ə) məzarlarının dağıdılmasının  ildönümü günüdür. Bu cinayət özünü İslamçı adlandıran bir ovuc fırıldaqçının işidir.  Üstündən on illər keçmiş bu hadisədən sonra padşah başkəsən radikalların təzyiqi altında olub. Bu Ərəbistan padşahı radikalları kənarlaşdırmaq, firqəçiliyi aradan qaldırmaq istəyir. Padşahdan və vəliəhddən istəyirəm ki, İmamların (ə) məzarları bərpa olunsun.
 
Source : IslamTimes
Tagged
sədr