QR CodeQR Code

AİP Əbulfəzl Bünyadov barəsindəki hökmü insanlığa zidd qərar kimi qiymətləndirib

13 Jun 2019 18:25

İslamtimes - Müharibələr zamanı hərbi düşərgələrdə əsirlər barədə hətta belə qərarlar qəbul edilmirdi.



AİP Nardaran hadisələrinə görə həbs edilən və həbs zamanı fiziki sağlamlığını tam itirən, iflic vəziyyətində yaşayan Əbulfəz Bunyatovun kasasiya şikayətinə baxan Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılan qərarı humanizm duyğularından çox uzaq, ədalətsiz, insanlığa zidd qərar hesab edərək etirazını bildirib. Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda deyilir:
 
“Belə qərarı yalnız bəşəriyyət üçün qorxulu və olduqca təhlükəli insanlar haqqında qəbul edir, qüvvədə saxlayırlar. Amma cəmiyyətə bəllidir ki, həbsin qeyri-peşəkarlıqla həyata keçirilməsi nəticəsində Ə.Bunyatov bütün sağlamlığını itirmiş və iflic vəziyyətində məhbus həyatını yaşamaqdadır. Bununla Azərbaycan məhkəməsi dünya və bütün bəşəriyyətə yaxşı olmayan, ikrah, dərin təəssüf və təəccüb doğuran nümunə göstərir. Ali Məhkəmə hakimlərinin kasasiya şikayətinə baxaraq Ə.Bunyatov haqqında qəbul etdikləri qərarı humanizm duyğularından çox uzaq, ədalətsiz, insanlığa zidd qərar kimi qiymətləndirmək olar. Müharibələr zamanı hərbi düşərgələrdə əsirlər barədə hətta belə qərarlar qəbul edilmirdi. Hesab edirik ki, qərar hakim dairənin məhkəmə hökmlərinin humanistləşdirilməsi istiqamətində verilən tapşırıqların tam əksidir".
 


Story Code: 799345

News Link :
https://www.islamtimes.org/az/news/799345/aip-əbulfəzl-bünyadov-barəsindəki-hökmü-insanlığa-zidd-qərar-kimi-qiymətləndirib

Islam Times
  https://www.islamtimes.org