QR CodeQR Code

Nigeriyada kəndlərə silahlı hücum zamanı onlarla insan öldürülüb

Deyerler , 16 Jun 2019 18:29

İslamtimes - Nigeriyada naməlum silahlıların kəndlərə hücumu zamanı onlarla insan həlak olub, xeyli sayda insan yaralanıb.


"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Zamfara əyalətinin Kvallido, Tunqar Kahau və Gidan Vava kəndlərində baş verib.
 
Yaşayış məntəqələrinə motosikletlə gələn silahlılar fermerlərə hücum ediblər. Nəticədə 35 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.
 
Qeyd edək ki, son günlər Nigeriyada silahlı şəxslərin motosikletlərlə dinc sakinlərə hücumu ilə əlaqədar ölkənin bəzi vilayətlərində motosikletdən istifadə qadağan edilib. Bəzi bölgələrdə tez-tez fermerlərlə çobanlar arasında silahlı qarşıdurmalar baş verir.
 
Bir neçə gün əvvəl silahlılar 8 kəndi qarət edərək 62 nəfəri öldürüblər.
 


Story Code: 799841

News Link :
https://www.islamtimes.org/az/news/799841/nigeriyada-kəndlərə-silahlı-hücum-zamanı-onlarla-insan-öldürülüb

Islam Times
  https://www.islamtimes.org