QR CodeQR Code

Misirdə Mursinin ölümündən sonra fövqəladə vəziyyət elan olunub

islaminsesi.info , 18 Jun 2019 12:34

İslamtimes - Misir Daxili İşlər Nazirliyi ölkənin sabiq prezidenti Məhəmməd Mursinin ölümüylə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub.



İslaminSesi-nin verdiyi xəbərə görə, bu haqda Anadolu agentliyi Misir KİV-lərinə istinadən yazır.
 
İnformasiyaya əsasən, ölkənin bütün ərazisində əlavə polis dəstələri yerləşdirilib. Hüquq-mühafizə orqanlarının bütün əməkdaşlarının məzuniyyəti ləğv edilib, dövlət və şəxsi strukturlarda, kilsə və məscidlərin önündə təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Qeyd edək ki, dünən məhkəmə iclası zamanı sabiq prezident 67 yaşlı Muhəmməd Mursiyə söz verildikdən sonra hakim fasilə elan edib. Bu zaman Mursinin ürəyi qəfil dayanıb və o, yerindəcə dünyasını dəyişib.
 


Story Code: 800162

News Link :
https://www.islamtimes.org/az/news/800162/misirdə-mursinin-ölümündən-sonra-fövqəladə-vəziyyət-elan-olunub

Islam Times
  https://www.islamtimes.org