QR CodeQR Code

Əsrin Sövdələşməsi: Qolan və sövdələşmə (17)

IslamTimes , 20 Jun 2019 09:42

Tramp Sövdələşməsi (17)


İşağl edilmiş Qolan Yüksəkliyinin Tramp tərəfindən İsrail ərazisi kimi tanınmasının zaman və starategiya kimi iki səciyyəsi var.  Zaman səciyyəsi odur ki, bu layihə hay-küyü Netanyahunun parlament seçkilərində qələbəsini təmin etdi. Strateji səciyyə Qolanı Suriya ərazisi kimi tanıyan BMT qətnamələrinin ayaq altına alınması oldu. Qlanın tanınması ABŞ səfirliyinin Qüdsə köçürülməsi hadisəsi ilə əlaqəsiz deyildi. Bu hadisələr iki dövlət prinsipini aradan qaldırmağa hesablanıb, bütün Fələstini İsrailin nəzarətinə vermək məqsədi daşıyır.  Demək, Qolanın İsrail ərazisi kimi tanınması ilə Əsrin Sövdələşməsi arasında birbaşa əlaqə var. Yəni Fələstin probleminə son qoyuldu!
Tramp belə təsəvvür yaratmağa çalışır ki, o təkbaşına problemləri həll edə bilər və Yaxın Şərqdə sülh müzakirələrinə ehtiyac yoxdur. Tramp üçün BMT qətnamələrinin, ictimai fikrin heç bir dəyəri olmadığı ortaya qoyuldu. BMT  TŞ-nin 242-ci qətnaməsi tapdandı. Bu qətnaməyə görə İsrail 1967-ci ildə işğal olunmuş ərazilərdən geri çəkilməli idi.  Hazırki şəraitə görə, nə qədər ki, sövdələşmə mövcuddur Fələstin dövlətinin yaradılması mövzusu qapanır, sülh müzakirələrinə xitam verilir. Beləcə, Trampın Qolanı rəsmi tanıması bütün sülh layihələri və müzakirələrini gündəmdən çıxardı.
 


Story Code: 800502

News Link :
https://www.islamtimes.org/az/news/800502/əsrin-sövdələşməsi-qolan-və-sövdələşmə-17

Islam Times
  https://www.islamtimes.org