QR CodeQR Code

İranın azərbaycanlı generalı: PUA-dan əlavə 35 nəfərlik təyyarəni də vura bilərdik, amma istəmədik...

Islamazeri , 22 Jun 2019 16:00

İslamtimes - Briqada generalı pasdar Əmir Əli Hacızadə İranın ərazi sularında vurulmuş Amerikanın casusluq pilotsuzunun qalığının təqdimatından sonra müxbirlər qarşısında sualları cavablandırıb



İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Generalı pasdar Əmir Əli Hacızadə İranın ərazi sularında vurulmuş Amerikanın casusluq pilotsuzunun qalığının təqdimatından sonra müxbirlər qarşısında bildirib ki, Amerikanın casus pilotsuzu izlənilən anda "P-8" tipli digər bir casusluq təyyarəsi də onun yaxınlığında uçmaqda idi ki, təqribən otuz beş sərnişini var idi.
"İran onu da vura bilərdi, amma bu işi görmədi. İranın Amerikanın casus pilotsuzunu vurmaqda məqsədi, bu ölkənin terrorçu qüvvələrinə xəbərdarlıq etmək idi.", -deyə iranlı general əlavə edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı sonra deyib: "Ötən həftə də amerikalıların özləri bildirdilər ki, İran bizə tərəf atəş açıb və bizi vurub yerə salmaq istəyirdi. Əgər İran istəsəydi, Amerikanın MQ-9 təyyarəsini keçən həftə vura bilərdi. Amma bu işi etmədi və yalnız amerikalılara xəbərdarlıq etdi."
General Hacizadə milli təhlükəsizliyi və ərazi bütövlüyünü İran İslam Respublikasının qırmızı xətti adlandıraraq  "Soruşmaq lazımdır ki, əgər İran təyyarəsi Vaşinqton sahillərinin sərhədlərində uçsaydı, amerikalılar hansı reaksiyanı verərdilər?", -deyə bildirib.
 


Story Code: 801082

News Link :
https://www.islamtimes.org/az/news/801082/iranın-azərbaycanlı-generalı-pua-dan-əlavə-35-nəfərlik-təyyarəni-də-vura-bilərdik-amma-istəmədik

Islam Times
  https://www.islamtimes.org