0
Sunday 23 June 2019 - 19:02

Mahmud Əz-Zəhar: Bəhreyn konfransı fələstinlilərə rüşvətdir

Story Code : 801099
Mahmud Əz-Zəhar: Bəhreyn konfransı fələstinlilərə rüşvətdir
Fələstində Həmas hərəkatının liderlərindən olan Mahmud Əz-Zəhar mətbuat konfransında Bəhreyn iclasına münasibət bildirib. Əz-Zəhar deyib: Bəhreyn konfransında Fələstin xalqına öz haqlarından İsrailin xeyirinə keçmək üçün rüşvət nəzərdə tutulur. Fələstinə maddi yardım ancaq bunun üçündür. Məqsəd Fələstin məsələsini unutdurmaq, Fələstin dövlətini məhv etmək, rüşvət müqabilində fələstinli qaçqınları İordaniya daxil olmaqla ərəb ölkələrində yerləşdirməkdir.
Trampın bu “sülh” layihəsi Fələstin torpaqlarının anneksiyasına xidmət edir və Bəhreyn konfransında ilk əməli addım atılmalıdır.  
 
Source : IslamTimes
Tagged
həmas