0
Tuesday 21 June 2011 - 00:01

ABŞ Talibanla barışır

Story Code : 80122
ABŞ Talibanla barışır
ABŞ Talibanla barışır
Islam times.org/az/ - Əfqanıstan prezidenti Həmid Karzayi “xarici ölkələrin hərbi rəsmiləri və xüsusilə də ABŞ-ın” Taliban ilə sülh görüşləri etdiyini qeyd etdi.

Bu ay başda ABŞ Müdafiə Naziri Robert Gates bu ilin sonuna qədər Talibanla siyasi məzmunlu görüşlər keçiriləcəyini bildirmişdir..

ABŞ Əfqanıstandakı 97 min əsgərini bu ilin iyul ayında çəkməyə başlayacaq. Təhlükəsizlik sahəsində bütün məsuliyyəti 2014-cü ilə qədər Əfqan qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi ilə beynəlxalq qüvvələr 2001-ci ildə Əfqanıstanı işğal edib, Taliban rəhbərliyini çevirmişdilər.

Karzayi, Əfqanıstanın paytaxtı Kabulda keçirdiyi mətbuat konfransında, ABŞ ilə digər xarici qüvvələrin , Əfqanıstanda təxminən 10 ildir davam edən savaşın həll olunması məqsədiylə Talibanla görüşlər keçirəcəklərini vurğulamışdır.
Translator :
Source : islamtimes
Comment