QR CodeQR Code

ABŞ Talibanla barışır

islamtimes , 21 Jun 2011 00:01

Translator :

İslamtimes - Bu barədə danışıqlar aparılır.


islamtimes.org/az/ - Əfqanıstan prezidenti Həmid Karzayi “xarici ölkələrin hərbi rəsmiləri və xüsusilə də ABŞ-ın” Taliban ilə sülh görüşləri etdiyini qeyd etdi.

Bu ay başda ABŞ Müdafiə Naziri Robert Gates bu ilin sonuna qədər Talibanla siyasi məzmunlu görüşlər keçiriləcəyini bildirmişdir..

ABŞ Əfqanıstandakı 97 min əsgərini bu ilin iyul ayında çəkməyə başlayacaq. Təhlükəsizlik sahəsində bütün məsuliyyəti 2014-cü ilə qədər Əfqan qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi ilə beynəlxalq qüvvələr 2001-ci ildə Əfqanıstanı işğal edib, Taliban rəhbərliyini çevirmişdilər.

Karzayi, Əfqanıstanın paytaxtı Kabulda keçirdiyi mətbuat konfransında, ABŞ ilə digər xarici qüvvələrin , Əfqanıstanda təxminən 10 ildir davam edən savaşın həll olunması məqsədiylə Talibanla görüşlər keçirəcəklərini vurğulamışdır.


Story Code: 80122

News Link :
https://www.islamtimes.org/az/news/80122/abş-talibanla-barışır

Islam Times
  https://www.islamtimes.org