0
Tuesday 25 June 2019 - 13:09

İranlı admiraldan ABŞ-a: Yenə də vurarıq!

Story Code : 801426
İranlı admiraldan ABŞ-a: Yenə də vurarıq!

İslamazeri.com-un “Tasnim”-ə istinadən verdiyi xəbərə əsasən, İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Hüseyn Xanzadi bəyan edib ki, İran ordusu ölkənin hava məkanını pozan bütün ABŞ PUA-larını vuracaq.
İranın məhv etdiyi ABŞ PUA-sı barədə danışan admiral qeyd edib ki, həmin PUA “düşmənin göndərdiyi ən ağıllı və mükəmməl” PUA idi.
“Hər kəs gördü ki, bu PUA-nın qarşısı alındı. Biz altını cızaraq bildiririk ki, bunu dəfələrlə təkrar edə bilərik!”, - deyə o bildirib.
 
Source : İslamazeri
Tagged
Iran pua abş
Comment