0
Thursday 27 June 2019 - 16:54

Doktor Raşid: ABŞ dronunun vurulması regionda güc balansını dəyişdi

Story Code : 801873
Doktor Raşid: ABŞ dronunun vurulması regionda güc balansını dəyişdi
Bəhreynli ekspert doktor Raşid Əl-Raşid İran ABŞ pilotsuzunu vurandan sonra regionda güc balansının dəyişməsindən danışıb. Raşid deyib: İran ABŞ dronunu vurmuş ilk ölkədir. İranın bu addımı güc balansını alt-üst etdi. Dronun vurulmasının ABŞ üçün ciddi mesajları vardı. ABŞ sanksiyalarla 80 milyonluq İran cəmiyyətini boğmaq istəyir. Vaşinqton 40 ildir İranı 1 nömrəli düşməni sayır. Amma pilotsuzun vurulması ABŞ-ı öz hesabatlarını bir daha nəzərdən keşirməyə vadar etdi. Vaşinqtonun ona arxayın olub Tehranla hərb dilində danışan müttəfiqləri çaşıb qalıb. Qısa bir müddətdə regiondakı amerikayönlü ölkələrin bütün planları alt-üst olub.
 
Source : IslamTimes
Tagged
raşid