QR CodeQR Code

Əsrin Sövdələşməsinin gizlinləri faş oldu

IslamTimes , 29 Jun 2019 16:44

İslsmTİmes: Tramp layihəsi İsrailə işləyir


Bu günə qədər mətni dünyadan gizli saxlanılan Əsrin Müqaviləsi adlı Tramp sülh layihəsinin maddələri sosial şəbəkəyə çıxıb və layihəni irəli sürənlər tərəfindən təkzib olunmayıb.
1.Müqavilə İsrail, FAT və Həmas arasında imzalanır. Yəhudi qəsəbələri Yeni Fələstin ərazisinə daxil deyil
2.İşğal olunmuş yəhudi qəsəbələri İsrail ərazisinə daxil edilir, ucqar qəsəbələr bu qəsəbələrə əlavə olunur.
3.Qüds bölünmür, Qüdsə İsrail meri nəzarət edir.
4.Misir Hava limanı, zavof-fabriküçün Fələstinə ərazi verir, amma fələstinlilər bu ərazidə məskunlaşa bilməz.
5.Layihəninsponsorları: ABŞ, Aİ, neft istehsal edən ərəb ölkələri.
6.Hər ölkənin payı
Amerika 20%, Aİ 10%, ərəb ölkələri 70 %
7.Fələstin ordu saxlaya bilməz. Asayiş üçün polis yaradılır.
8. İcra mərhələləri:
-Həmas tərki-silah edilir, silahlar Misirə təhvil verilir
-Həmas üzvləri ərəb ölkələrindən aylıq məvacib alır
-Qəzzənin Misir və Qərb Sahili ilə sərhədləri açılır
-Bir il sonra Fələstin Demokratik Respublikasında seçkilər keçirilir
-Seçkilərdən bir il sonra bütün əsirlər tədricən, 3 ilə  azad edilir
-5 il ərzində Fələstin üçün müstəqil hava limanı və liman tikilir.
-İsraillə Yeni Fələstinin sərhədləri turistlər üçün açıq olur
-Dəniz səviyyəsindən 30 metr hündürdə Qəzzə-Qərb Zolağı arasında asma körpü tikilir
-Fələstin-İordaniya avtomobil yolunun salınmasını İsrail öz üzərinə götürür
 


Story Code: 802189

News Link :
https://www.islamtimes.org/az/news/802189/əsrin-sövdələşməsinin-gizlinləri-faş-oldu

Islam Times
  https://www.islamtimes.org