0
Monday 1 July 2019 - 18:46

BMT: ‘Yəməndə 7500-dən çox uşaq ölüb və yaralanıb’

Story Code : 802538
BMT: ‘Yəməndə 7500-dən çox uşaq ölüb və yaralanıb’
Maide.Az "deyerler.org"a  istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterresin nəşr etdiyi hesabatda, Yəməndə 5 il yarım ərzində hava hücumları, bombardman, qarşıdurma, intihar hücumları, minalar və ya digər partlayıcı silahların 7508 uşağın ölümü, ya da yaralanmasına yol açdığı bildirilib.
 
Hesabatda, 1 aprel 2013-cü ildən 31 dekabr 2018 tarixinə kimi, Yəməndə uşaqlara qarşı çox ağır pozuntuların baş verdiyi, uşaq ölümləri və yaralanmasının bu pozuntuların ən əsas səbəb olduğu vurğulanıb.
 
BMT-nin hesabatında, həmçinin 345 məktəbə qismən ziyan dəydiyi və dağıdıldığı, 258 məktəbin hərbi məqsədlərlə istifadə etdiyi qeyd olunub.
Source : Maide
Comment