QR CodeQR Code

BMT: ‘Yəməndə 7500-dən çox uşaq ölüb və yaralanıb’

Maide , 1 Jul 2019 18:46

İslamtimes - Yəməndə 2013-cü ildən etibarən 7500-dən çox uşaq bombardman, qarşıdurma, intihar hücumları, minalar və ya digər partlayıcı silahlar səbəbiylə ölüb və ya yaralanıb.


Maide.Az "deyerler.org"a  istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterresin nəşr etdiyi hesabatda, Yəməndə 5 il yarım ərzində hava hücumları, bombardman, qarşıdurma, intihar hücumları, minalar və ya digər partlayıcı silahların 7508 uşağın ölümü, ya da yaralanmasına yol açdığı bildirilib.
 
Hesabatda, 1 aprel 2013-cü ildən 31 dekabr 2018 tarixinə kimi, Yəməndə uşaqlara qarşı çox ağır pozuntuların baş verdiyi, uşaq ölümləri və yaralanmasının bu pozuntuların ən əsas səbəb olduğu vurğulanıb.
 
BMT-nin hesabatında, həmçinin 345 məktəbə qismən ziyan dəydiyi və dağıdıldığı, 258 məktəbin hərbi məqsədlərlə istifadə etdiyi qeyd olunub.


Story Code: 802538

News Link :
https://www.islamtimes.org/az/news/802538/bmt-yəməndə-7500-dən-çox-uşaq-ölüb-və-yaralanıb

Islam Times
  https://www.islamtimes.org