0
Monday 1 July 2019 - 20:25

Tulsu Qabbard: "Tramp administrasiyası bizi İranla müharibəyə təhrik edir"

Story Code : 802552
Tulsu Qabbard: "Tramp administrasiyası bizi İranla müharibəyə təhrik edir"

"Deyerler.org"un Parstoday.com-a istinadən verdiyi xəbərə görə, “Fox News” telekanalı ilə söhbəti zamanı Qabbard, “Tramp adminstrasiyası bizi günbəgün İranla müharibəyə təhrik etməkdədir, belə bir müharibə İraqla müqayisədə daha da fəlakətli ola bilər”, - deyə bildirmişdir.
 
ABŞ ordusunda iki il xidmət etdiyi təcrübəsinə əsaslanaraq, Qabbard bildirmişdir: “İranla münasibətdə mən Tramp administrasiyası kimi etməzdim. Bəli, Tramp hücüm etməyib, lakin İranla müharibənin baş verməsi üçün bütün addımları atıb. Odur ki, mən burada onun xidmətlərini görmürəm. Bizim hal-hazırkı təhlükəli vəziyyətdə olmağımıza o cavabdehdir.
 
Tramp, ABŞ-ı İranla nüvə razılaşması müqaviləsindən çıxardıb. Lakin İran bu müqaviləyə riayət edirdi. O, İrana qarşı yeni iflic edici sanksiyalar irəli sürmüş, onların hərbi qüvvələrini terrorçu təşkilat adlandırmışdır — bu istənilən dünya ölkəsi üçün görünməmiş hadisədir. Və o, hələ də bölgədə ABŞ qoşunlarını yerləşdirməyə davam etməkdədir. Tramp anbaan bizi bu müharibəyə doğru sürükləyir və İraq müharibəsi İran müharibəsi ilə müqayisədə, bizə çox kiçik görsənə bilər”.
 
Source : Deyerler
Comment