QR CodeQR Code

Ali-Xəlifə və Ali-Səud xalqın qanını tökərək qohum oldular

21 Jun 2011 23:30

IslamTimes - Ali-Xəlifə və Ali-Səud arasında baş tutmuş bu qohumluqdan sonra Bəhreynlə Səudiyyə rejiminin etirazçıları daha güclü şəkildə əzəcəyi gözlənilir.


"IslamTimes"-ın Bəhreynin rəsmi xəbər agentliklərinə istinadən verdiyi məlumata əsasən, Xalid ibn Əhməd Ali-Xəlifə cümə axşamı günü Məlik Abdullahın qızı Səhabla ailə həyatı qurub. Bəhreyn KİV-i və televiziya kanalları bu haqda geniş məlumat verməyibdir.

Toy mərasimi bir halda qeyd olunub ki, Bəhreyn xalqı azadlıq tələbi ilə etiraz aksiyasına çıxmış və şəhid olmuş övladlarına əzadarlıq mərasimi keçirirlər.

Ali-Xəlifə və Ali-Səud arasında baş tutmuş bu qohumluq Bəhreynlə Səudiyyə rejiminin münasibətlərinin yaxşılaşdığını göstərir. Bundan sonra bu iki ölkənin daha güclü şəkildə etirazçıları əzəcəyi gözlənilir.

Bu toy mərasimi də Səudiyyə, BƏƏ, Bəhreyn, İordaniya hakimləri arasında baş tutmuş böyük qohumluq siyahısına daxil oldu. Bəziləri bu toy mərasiminin Ali-Xəlifə və Ali-Səudun hakimiyyətdə qalmasına kömək edəcəyini söyləyir. Çünki onlar bu qohumluqdan sonra xalqlarının etiraz səslərini birlikdə boğmağa daha meyilli olacaqlar.


Story Code: 80339

News Link :
https://www.islamtimes.org/az/news/80339/ali-xəlifə-və-səud-xalqın-qanını-tökərək-qohum-oldular

Islam Times
  https://www.islamtimes.org