QR CodeQR Code

İspaniya Böyük Britaniyaya qarşı şikayət göndərəcək

Deyerler , 6 Jul 2019 15:36

İslamtimes - İspaniya Cəbəlutariq sahilinin mübahisəli sularında İran neft gəmisinin saxlanılması səbəbilə Böyük Britaniya haqqında rəsmi şikayət ərizəsi verməyi planlaşdırdığını açıqlayıb.


Deyerler.org-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, İspaniya baş nazirinin müavini Cozep Borell deyib ki, vəziyyəti təhlil edirik və bu fəaliyyətin bizim suverenliyimizə necə təsir etdiyini araşdırırıq.
 
Borrell britaniyalı dənizçilərin Cəbəlutariq polisinin əmri altında olması iddiasına qarşı çıxaraq, ABŞ-ın əmrləri altında fəaliyyət göstərdiyini iddia edib.
 
İspaniyanın etirazlarının neft tankeri Grace 1-ə Cəbəlutariq limanında yox, açıq dənizdə müdaxilə olunması ilə əlaqədar olduğu bildirilib.
 
İspaniya Xarici İşlər Nazirliyinin sözçülərindən biri də Avropa İttifaqının sanksiyaları əsasında edilən müdaxiləyə İspaniyanın qarışmadığını söyləyib.
 
Cəbəlutariqin baş naziri Fabian Pikardo isə, deyib ki, neft tankerinin Aİ-nin Suriya sanksiyaları çərçivəsində Banyas emal zavoduna getdiyinə inanırdılar.
 


Story Code: 803506

News Link :
https://www.islamtimes.org/az/news/803506/ispaniya-böyük-britaniyaya-qarşı-şikayət-göndərəcək

Islam Times
  https://www.islamtimes.org