0
Saturday 6 July 2019 - 17:16

Rusiya: “İran tankerinin Cəbəlutariqdə saxlanılmasını pisləyirik”

Story Code : 803520
Rusiya: “İran tankerinin Cəbəlutariqdə saxlanılmasını pisləyirik”

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada belə qeyd olunub: “Cəbəlutariq rəhbərliyinin Böyük Britaniya Dəniz Qüvvələrinin köməyi ilə iyulun 4-də Panama bayraqlı tankeri ələ keçirməsini pisləyirik. Gəmi və içindəki yükün saxlanılmasını, İran və Suriya ilə bağlı vəziyyəti daha da çətinləşdirməyə yönəlik hərəkət kimi qiymətləndiririk. Böyük Britaniya və ABŞ-ın yüksək səviyyəli rəsmilərinin bu əməliyyatla bağlı bəyanatları bu şərhləri təsdiqləyir və bu əməliyyatın bir neçə ölkənin müvafiq qurumlarının daxil edilməsi ilə uzun müddətdir planlaşdırdığını göstərir.
 
Cəbəlutariq rəhbərliyinin gəmidəki yükün Suriyada, Avropa İttifaqının sanksiyası altındakı emal zavodlarından birinə aparılması ehtimalı bu vəziyyəti daha da ağırlaşdırır. Bu Avropa İttifaqının da ABŞ kimi üçüncü ölkələrə qarşı sanksiyalar məsləsində sərhəddən kənar əməliyyatlar həyata keçirdiyi deməkdir? Halbuki bu Aİ Şurasının həddən artıq qeyri-müəyyən qərarlarının da nəticəsi olmamalıdır. Bəlkə də Cəbəlutariq rəsmiləri bu məsələdə konkret bir şeylər öyrənir, çünki bildirilib ki, Avropa Komissiyası və Aİ Şurasına bununla bağlı müraciət ediblər”.
 
Hər bir halda bu addımın Böyük Britaniya, o cümlədən aparıcı Aİ ölkələrinin İran ilə nüvə müqaviləsini qorumağa yönəlik açıqlamalarına zidd olduğunu vurğulayan nazirlik, belə qeyd edib: “İran rəsmiləri ölkələrinin nüvə müqaviləsindən heç bir iqtisadi fayda əldə etmədiyini müxtəlif səviyyələrdə dəfələrlə bildirdilər. Bunun səbəbi ABŞ-ın müqavilədən çıxması və hətta İran ilə qanuni iqtisadi əməkdaşlığını davam etdirərək, beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etməyə davam edənlərə sanksiyalar yağdırdığı şəraitdə, Avropa ölkələrinin bu sahədə təsirli iş üslubunu heç cürə təmin edə bilməməsidir.
 
Dialoqa və həllin kollektiv axtarılmasına ehtiyac var. Ancaq bunun əvəzinə London, Vaşinqton və bəzi digər paytaxtlarda yalnız gərginliyi artırmağa yönələn yeni bəhanələr axtarılır.
 
Məsuliyyət tamamilə, BMT Təhlükəsizlik Şurasının 2231 və 2254 saylı qətnamələrini pozaraq, Tehran və Dəməşqə maksimum qeyri-qanuni təzyiq göstərmək cəhdlərindən əl çəkməyənlərin çiyinlərinə qoyulacaq”.
 
Source : Deyerler
Tagged
rusiya Iran
Comment