0
Wednesday 10 July 2019 - 15:19

İran Böyük Britaniyanı “quldur” adlandırdı

Story Code : 804264
İran Böyük Britaniyanı “quldur” adlandırdı

İslamazeri.com-un “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, İranın müdafiə naziri Əmir Hatəmi bəyan edib ki, Böyük Britaniya tərəfindən Cəbəli-Tariq sahillərində İran tankerinin saxlanılması “dəniz piratlığıdır”.
“Biz bu quldurluğa səbr etməyəcəyik”, - deyə o qeyd edib.
Xatırladaq ki, məlum hadisə 4 İyulda baş verib. Böyük Britaniya həmin tankerin Suriyaya neft daşıdığını ehtimal edərək onu saxlayıb.
Hindistan, Pakistan və Ukrayna vətəndaşlarından ibarət 28 nəfərlik heyət üzvü isə gəminin göyərtəsindədir.
Hadisə ilə bağlı olaraq Böyük Britaniyanın İrandakı səfiri İran XİN-ə çağırılıb.
 
Source : Deyerler
Tagged
Iran
Comment