QR CodeQR Code

İmam Rzanın (ə) mövludunda Məşhəddə böyük bayram coşqusu

Deyerler , 13 Jul 2019 17:35

İslamtimes - İmam Rzanın (ə) mübarək mövludu münasibətiylə Məşhəd şəhərinə gələn zəvvarlarının bayram coşqusu var.



Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, ötən gecədən etibarən minlərlə insan əllərində güllərlə Həzrət İmam Rzanınm (ə) hərəminə gələrək, buradakı bayrama xüsusi ovqat qatırlar.
 
Vilayət (ə) səmasının səkkizinci ulduzu Həzrət İmam Rzanın (ə) mübarək mövludu münasibətilə həzrətin hərəmi bəzədilib. Hərəmin xidmətçiləri bu gün sübh namazından sonra İmam Rzanın (ə) mübarək qəbrinin olduğu zərihin üzərindəki yaşıl örtük dəyişdirib, zərihin üzərinə gül çələngləri yerləşdiriblər.
 
Bundan başqa, mövlud münasibətilə İmam Rzanın (ə) mütəhhər hərəmində 200 min tər gül-çiçəklə bəzədilmə işləri aparılıb. Hərəmin bütün sütunlu dəhlizləri, meydanları və fəvvarələri və qapıları tər gül-çiçəklərdən hazırlanmış çələnglərlə bəzədilib.
 
İmam Rzanın (ə) hərəmində rəngli işıqlarla da bəzədilib. Hərəmin bütün meydanlarının rəngli işıqlarla bəzədilməsi bayrama xüsusi rəng qatıb.
 
 
 
Mövlud gecəsi və günü hərəmdə 500 min pay tort və şirniyyat zəvvarlara paylanılacaq.
 


Story Code: 804892

News Link :
https://www.islamtimes.org/az/news/804892/imam-rzanın-ə-mövludunda-məşhəddə-böyük-bayram-coşqusu

Islam Times
  https://www.islamtimes.org