QR CodeQR Code

Şeyx Zəkzəkinin oğlu atasının vəziyyəti barədə danışdı

Deyerler , 12 Jul 2019 18:11

İslamtimes - Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin oğlu Məhəmməd Zəkzəki atasının səhhəti ilə bağlı yazdığı məktubuna rejim rəsmilərinin reaksiya verdiyini bildirib.



Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Məhəmməd Zəkzəki bu gün (12 iyul) verdiyi açıqlamasında belə deyib: “Valideynlərimin sağlamlığının pisləşməsi barədə qeyd etdiyim 7 dekabr 2019-cu il tarixli yazımdan etbarən istər mən, istərsə də ailəmizin üzvləri də rejimin tanınmış rəsmiləri əlaqə yaratdı.
 
Nigeriya xaricindəki müvafiq tibb müəssisələrində valideynlərimizin təcili tibbi müayinə olunması üçün bütün lazımlı addımları atmağa söz verdilər. O vaxtdan etibarən bizizm razı qaldığımız müəyyən addımlar atıldı. Ancaq daha ediləcək bir çox şey var.
 
Buna görə də, rəsmilərin özlərinin təsdiq etiyi məsələlərin aktuallığına görə, fürsətdən istifadə edərək, prosesi sürətləndirmək üçün hər cür səyin göstərilməsinə dəvət edirik. Çünki tibbi müdaxilə üçün vaxt artıq bitmək üzrədir. Hətta indi onların sağlamlığı pisləşməyə davam etsə, mən ən azı baş verən bir proses olduğunu söyləyə bilərəm. Növbəti bir neçə gün ərzində prosesin gedişatı barədə özüm nə yazdıracağımı bilirəm.
 
Bəzi irəliləyişlərin olduğunu söyləsəm də, vəziyyətin təcili xarakterini vurğulaya bilmirəm və valideynlərimi təcili xəstəxanaya yerləşdirmək lazımdır. Son 2 gündə olduğu kimi irəliləmə davam edərsə, bir cür deyəcəyəm, əgər proses əsassız olaraq ləngidilsə başqa cür danışacağam. Yox əgər işlər nə səbəblə olursa olsun kilidlənməyə başlayarsa, onda məndən heç bir şey eşitməyəcəksiniz”.
 


Story Code: 804898

News Link :
https://www.islamtimes.org/az/news/804898/şeyx-zəkzəkinin-oğlu-atasının-vəziyyəti-barədə-danışdı

Islam Times
  https://www.islamtimes.org