0
Tuesday 16 July 2019 - 17:20

İnqilab Rəhbəri: İran İngiltərənin dəniz quldurluğunu cavabsız buraxmayacaq!

Story Code : 805362
İnqilab Rəhbəri: İran İngiltərənin dəniz quldurluğunu cavabsız buraxmayacaq!
Bu gün İran İslam Respublikasında ölkənin imam-cümələri ilə görüşən İnqilab Rəhbəri Ayətullah Xamenei buyurub:
Cümə namazının böyük əhəmiyyəti var, cəmiyyətin zikr, birlik, həmfikirlik ehtiyaclarını təmin edir. Cümə namazının məsuliyyəti böyük və ağırdır. Təqva böyük ehtiyaclarımızdandır, bu mövzu cümə namazlarında tam aydınlaşdırılmalıdır. Təqvanın bir təsiri də cəmiyyəti ümidsizlikdən xilas etməkdir. Cümə namazının xütbələri zənginləşdirilməlidir. 
Nüvə razılaşmasının 11 bəndinə əməl etməyən avropalılar bilsin ki, İran öz öhdəçiliklərini azaltmaqda davam edəcək. Avropalılara təkəbbür mane olur ki, həqiqəti görsünlər. Cəsarətli, haqqını müdafiə edən millətlər qarşısında təkəbbür avropalıları məğlubiyyətə aparır.
Source : IslamTimes
Tagged
rəhbər