0
Tuesday 16 July 2019 - 19:43

Rusiya: “Türkiyəyə qarşı Aİ sanksiyası ABŞ sifarişilə edilmiş siyasi qərardır”

Story Code : 805380
Rusiya: “Türkiyəyə qarşı Aİ sanksiyası ABŞ sifarişilə edilmiş siyasi qərardır”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Sergey Jeleznyak açıqlamasında bunları deyib: “Aİ-nin Türkiyəyə qarşı sanksiyaları Vaşinqton tərəfindən sifariş edilmiş siyasi bir qərar kimi görünür. Rusiya Türkiyə ilə Kipr arasındakı kimi, közərən böhranlara çox diqqətli yanaşır. Tərəfləri hər zaman təmkinli olmağa çağırdıq və konstruktiv dialoqun tərəfdarıyıq”.
 
Jeleznyak ABŞ və Aİ-nin Türkiyəyə qarşı repressiyasının S-400-lərin göndərilməsinə başlanmasından sonra intensivləşdiyini bildirib: “Ankaranın müstəqil siyasəti və hərəkətlərindən narahat olan ABŞ və Avropadakı tərəfdaşları Türkiyəyə qarşı yeni təsir üsulları axtarışındadır. Buna təhdidlər və müxtəlif məhdudlaşdırıcı tədbirlər də daxildir. Bu narahatlıq dağıdıcı xarici qüvvələrin, keçmiş münaqişələr üzərindən və fərqli siyasi və milli qrupların maraqlarını qarışdıraraq, bölgədə Türkiyə ilə Kipr arasında yeni bir münaqişəni alovlandırmaq cəhdlərinə təkan verir. Bu qəbuledilməz və son dərəcə təhlükəlidir”.
 
Source : Deyerler
Comment