QR CodeQR Code

Bəhreyn rejimi Əl-Qaidənin əli ilə İranda terror aktları törətmək istəyir

Deyerler , 16 Jul 2019 19:45

İslamtimes - Əl-Cəzirə televiziyasının iyulun 14-ü yaydığı hesabatında, Bəhreyn kəşfiyyat təşkilatının ölkə daxilindəki müxalifət liderlərini ortadan qaldırmaq və digər ölkələrin ərazilərində terror aktlarında iştirak etmək məqsədilə terrorçu qruplarla əməkdaşlıq etdiyini ifşa edib.



Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, hesabatda, Bəhreyn kəşfiyyat təşkilatının 2003-cü ildə Ali Xəlifə rejiminə qarşı müxalif olanları aradan qaldırmaq məqsədilə Əl-Qaidə terror təşkilatının komandirlərindən biri ilə əməkdaşlıq etməyə başladığını bildirib.
 
Əl-Cəzirənin nəşr etdiyi sənədlərdə, sözügedən planda Bəhreyn kralının məlumatı daxilində Ali Xəlifə rejiminin yüksək səviyyəli 3 rəsmisinin adı gözə çarpır.
 
Hesabatın davamında, həmçinin Bəhreyn kralının İran torpaqlarında casusluq və terror aktları törətmək məqsədilə Ənsarul-Furqan adlı terror qrupunun başçısıyla əməkdaşlıq etdiyinə diqqət çəkilib.
 
Xatırladaq ki, İran Kəşfiyyat Nazirliyi 2015-ci ilin may ayında ölkənin cənub şərq bölgəsində apardığı əməliyyatda Ənsarul Furqan terror qruplaşmasının başçısı Huşam Bəluşi və yanındakı 6 terrorçunu məhv edib.
 


Story Code: 805381

News Link :
https://www.islamtimes.org/az/news/805381/bəhreyn-rejimi-əl-qaidənin-əli-ilə-iranda-terror-aktları-törətmək-istəyir

Islam Times
  https://www.islamtimes.org