0
Thursday 23 June 2011 - 12:45

Amerika xalqı Əfqanıstandan geri çəkilməyi dəstəkləyir

Story Code : 80583
Amerika xalqı Əfqanıstandan geri çəkilməyi dəstəkləyir
Amerika xalqı Əfqanıstandan geri çəkilməyi dəstəkləyir
"IslamTimes"-ın verdiyi məlumata əsasən, bu sorğunun nəticəsi Barak Obamanın Vaşinqtonun hərbiçiləri Əfqanıstandan çıxarmaq qərarına gəldiyini söyləməsindən bir neçə saat öncə açıqlanıb.

İlk dəfədir ki, ABŞ xalqının əksəri təcili şəkildə Amerika hərbiçilərinin Əfqanıstandan çıxarılmasını istəyirlər.

“Pew” araşdırmalar mərkəzinin sorğusundan sonra demokratların üçdə ikinsinin və əksər azad deputatların Əfqanıstandan
geri çəkilmə planını dəstəklədiyi məlum olub.

Amerika xalqının təkcə 39 faizi müharibə şəraitində olan Əfqanıstanda sülh bərqərar olanadək ABŞ hərbiçilərinin orada qalmasını istəyir.

Sorğu həmçinin ötən illə müqayisədə hərbiçilərin Əfqanıstanda qalmasını istəyənlərin nə qədər azaldığını da nümayiş etdirib. Belə ki, ötən il Amerika xalqının 53 faizi ABŞ hərbiçilərinin Əfqanıstanda qalmasını dəstəkləyirdi.

Obama 2009-cu
ildə söz verdi ki, ABŞ 2011-ci ilin iyul ayından etibarən öz hərbiçilərini Əfqanıstandan çıxarmağa start verəcək. Bütün bunlara baxmayaraq bir müddət sonra Ağ Ev bir qrup hərbiçinin 2014-cü ilədək Əfqanıstanda qalacağını açıqladı.

Müharibəyə xərclənmiş böyük miqdarda pullara, çoxlu sayda hərbiçilərin həlak olmasına və əksəriyyətin bu 10 illik müharibə ilə müxalifətçiliyinə rəğmən, Obama iyul ayında
hərbiçilərin Əfqanıstandan çıxarılması ilə bağlı ciddi sıxıntıdadır. Əfqanıstandan geri çəkilmək planı hərbi strateji plandan daha çox daxili siyasi bir məsələdir.

Əksər siyasi ekspertlər bildirirlər ki, Obama 2012-ci il prezident seçkilərində qalib gəlməsi üçün Əfqanıstan məsələsində qəbulolunası bir addım atmasının önəmli olduğunu çox gözəl başa düşür. 

"IslamTimes" - Tərcümə Şöbəsi
Comment