QR CodeQR Code

Möhsün Rizai: “Cəzalandırıcı tədbirdə geri addım atmayacağıq”

Deyerler , 20 Jul 2019 15:07

İslamtimes - İranın Siyasi Məsləhət Şurasının katibi Möhsün Rizai İranın Hörmüz boğazında saxladığı Böyük Britaniyaya məxsus neft tankeri barədə açıqlama verib.



Deyerler.org İRNA-ya istinasdən xəbər verir ki, Möhsün Rizai Twitter-dən verdiyi açıqlamasında belə qeyd edib: “Nə Səddam, nə Tramp, nə də Böyük Britaniya kraliçası olsun. Müharibə istəmirik, amma cavab tədbirləri mövzusunda geri addım atmayacağıq”.
 
İran Konstitusiyanı Qoruma Şurasının sözçüsü Abbas Əli Kəndxudayi sosial şəbəkədən verdiyi açıqlamasında, Hörmüz boğazında Böyük Britaniyaya aid neft tankerinin SEPAH tərəfindən saxlanılmasını qiymətləndirib.
 
İranın etdiyi cəzalandırıcı tədbirinin düzgün olduğunu qeyd edən Kəndxudayi, belə deyib: “Cəzalandırıcı tədbir görmək beynəlxalq hüquqa uyğun bir davranışdır və bir dövlətin qeyri-qanuni hərəkətlərinə cavab olaraq edilir. Qanunsuz iqtisadi müharibə və tankerlərin saxlanılmasına cavab tədbirləri olaraq İran tərəfindən edilən bu akt beynəlxalq hüquqa uyğundur”.
 
Xatırladaq ki, İranın İnqilab Keşikçiləri Ordusu (SEPAH) iyulun 19-u axşam saatlarında Böyük Britaniya bayrağı altında üzən "Sten İmpero" adlı neft tankerinə Hörmüz boğazında müdaxilə etmişdi.
 


Story Code: 806010

News Link :
https://www.islamtimes.org/az/news/806010/möhsün-rizai-cəzalandırıcı-tədbirdə-geri-addım-atmayacağıq

Islam Times
  https://www.islamtimes.org