0
Saturday 20 July 2019 - 16:02

Əl-Həşduş Şəbi: “Hərbi bazamıza naməlum PUA ilə hücum edildi”

Story Code : 806012
Əl-Həşduş Şəbi: “Hərbi bazamıza naməlum PUA ilə hücum edildi”

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Əl-Həşduş Şəbi mənbələrindən verilən məlumatlara görə, dünən (19 iyul) gecə saat 02:30 radələrində Tuzhurmatunun cənub-qərbində yerləşən Biravcılı kəndində Əl-Həşduş Şəbiyə aid Əl-Şühəda hərbi qərargahına hansı ölkəyə məxsus olduğu hələlik müəyyən olunmayan bir PUA ilə hücum təşkil olunub.
 
İraq Baş Nazirinə bağlı təhlükəsizlik media şəbəkəsi tərəfindən verilən yazılı açıqlamaya görə isə, Səlahəddin vilayətinin Əmirli məntəqəsində Əl-Həşduş Şəbinin 16-cı briqadasına bağlı hərbi düşərgəyə gecə yarısından sonra mənbəyi məlu olmayan PUA-lı hücumu təşkil olunub.
 
 
Hücumda 2 nəfərin yaralandığı bildirilsə də, başqa bir məlumat verilməyib.
 
Sputnik-ə açıqlama verən Əl-Həşduş Şəbi komandiri Tahir Əbu Əli, hücum nəticəsində iki üzvünün yaralandığını bildirərək, belə deyib: “Tuzhurmatu bölgəsində hərbi bazamıza hücum oldu. Hücum nəticəsində yaralanan iki nəfərinin vəziyyəti ağırdır. Ölüm təhlükələri var. Hücumun kimlər tərəfindən edildiyini hələ bilmirik. Araşdırırıq. Ə-Həşduş Şəbi qərargahlarına əvvəllər ABŞ tərəfindən hücumlar olmuşdu. Bu hücumun ABŞ tərəfindən edilib edilmədiyini hələ müəyyən etməmişik. Ətraflı bir şəkildə araşdırırıq”.
 
Source : Deyerler
Tagged
iraq
Comment