QR CodeQR Code

İran ABŞ-ın "vurduğu" PUA-nın şəkillərini paylaşdı. Tramp hələ də inad edir

Deyerler , 20 Jul 2019 16:07

İslamtimes - İranın İnqilab Keşikçiləri Ordusu ABŞ-ın prezidenti Donald Trampın Hörmüz boğazında “vurmuşuq” dediyi pilotsuz uçuş aparatının (PUA) görüntülərini paylaşıb.



Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, SEPAH yaydığı bəyanatında, İrana aid bir PUA-nın ABŞ tərəfindən vurulduğuna dair açıqlamanın düzgün olmadığını bildirərək, sözügedən PUA-nın missiyasını başa vurduqdan sonra uğurlu bir şəkildə bazaya geri qayıtdığını bildirmişdi.
 
SEPAH ABŞ-ın prezidenti Trampın Hörmüz boğazında vurmuşuq dediyi PUA-nın görüntülərini yayaraq, PUA-nın ABŞ-a məxsus USS Boxser gəmisindən görüntü aldığını və uğurlu bir şəkildə bazaya geri qayıtdığını bildirib.
 
Ancaq Ağ Evdə keçirilən bir tədbirdə mətbuat nümayəndələrinə gündəmi qiymətləndirən Tramp, İrana aid PUA-nın ABŞ-ın vurub vurmadığı ilə bağlı verilən suala “Heç şübhə yoxdur. Biz vurduq” cavabını verib.
 


Story Code: 806013

News Link :
https://www.islamtimes.org/az/news/806013/iran-abş-ın-vurduğu-pua-nın-şəkillərini-paylaşdı-tramp-hələ-də-inad-edir

Islam Times
  https://www.islamtimes.org