0
Thursday 23 June 2011 - 19:43

Mərkəzi Amerika ölkələri satın alınır

Story Code : 80660
Mərkəzi Amerika ölkələri satın alınır
Mərkəzi Amerika ölkələri satın alınır
"IslamTimes"-ın "Lenta.ru"-ya istinadən verdiyi xəbərə əsasən, Dünya Bankı Mərkəzi Amerika Ölkələrinə milyardlarla dollar pul ayırmağı planlaşdırır. Bu işdə məqsədin regionda təhlükəsizlik olduğu iddia edilir.
 
Amerika İnkişaf Bankının eyni məqsədlə daha 500 milyon dollar ayıracağı gözlənilir. 

ABŞ dövlət katibi Hillari Klinton vəd edib ki, Vaşinqtonun Mərkəzi Amerika Ölkələrinə ayıracağı məbləğ hər il artırılacaq. Bununla yanaşı Klinton regionun nüfuzlu şəxslərini Dünya Birliyinə köməyə çağırıb. Ona cavab olaraq Kolumbiya prezidenti Xuan Manuel Santos təklif edib ki, korrupsiya və çirkli pulların yuyulmasına qarşı regional mərkəz yaradılsın. Nəzərdə tutulur ki, ayrılacaq pullar mütəşəkkil cinayətkarlığın aradan qaldırılmasına sərf ediləcək. 

Dünya Bankının və Vaşinqtonun Mərkəzi Amerika ölkələrinə maliyyə yardımları həmişə olduğu kimi siyasi mahiyyət daşıyır. Dünya Birliyi milyardlar hesabına öz siyasətini bu ölkələrə hakim etməyə çalışır.
Comment