QR CodeQR Code

Səudiyyə rejiminin BMT nümayəndəsi: “İranla yaxşı qonşuluq siyasəti çərçivəsində əməkdaşlığa hazırıq”

Deyerler , 24 Jul 2019 15:07

İslamtimes - Səudiyyə rejiminin BMT-dəki daimi nümayəndəsi Abdulla Əl-Muallimi Ər-Riyadın yaxşı qonşuluq siyasəti çərçivəsində Tehranla əməkdaşlığa hazır olduğunu bir daha qeyd edib.



Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında danışan Abdulla Əl-Muallimi belə deyib: “Yaxşı qonşuluq və digər ölkələrin daxili işlərinə qarışmamaq siyasəti kontekstində İranla münasibətlərimizin yenidən qurulmasına hazırıq”.
 
Səudiyyə rəsmilərinin içi boş iddialarını səsləndirən Əl-Mualllimi, sözlərinə belə davam edib: “İranın davranışı regionun sabitliyini təhdid edir. Yəmən böhranının siyasi danışıqlarla həlli üçün Fars körfəzinə sahili olan ərəb ölkələrinin planı və BMT TŞ-nin qərarları əsasında hərəkət edilməsi qənaətindəyik”.
 
Ölkələrin, həmçinin Fələstin məsələsinin ərəb ölkələrinin ilk problemi olduğunu bildirib: “Ərəb ölkələri sülhə sadiqdir və işğalçıların Qüdsdə evləri dağıtmasını pisləyirik”, - deyə o, bildirib.
 


Story Code: 806816

News Link :
https://www.islamtimes.org/az/news/806816/səudiyyə-rejiminin-bmt-nümayəndəsi-iranla-yaxşı-qonşuluq-siyasəti-çərçivəsində-əməkdaşlığa-hazırıq

Islam Times
  https://www.islamtimes.org