0
Friday 24 June 2011 - 01:19

Obama: 33 min hərbiçi gələn ilədək Əfqanıstandan çıxarılacaq

Story Code : 80702
Obama: 33 min hərbiçi gələn ilədək Əfqanıstandan çıxarılacaq
Obama: 33 min hərbiçi gələn ilədək Əfqanıstandan çıxarılacaq
“IslamTimes” Fransa xəbər agentliklərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama bir neçə saat öncə Vaşinqtonda çıxış edib. Əfqanıstan müharibəsinin sona yaxınlaşdığını xatırladan Obama Əfqanıstana göndərilmiş 33 min ABŞ hərbiçisinin gələn ilin yayınadək bu ölkədən çıxması göstərişini verib. 

ABŞ prezidenti deyib: “Artıq ABŞ dağılmış Əfqanıstandan abad bir ölkə düzəltməyə təlaş göstərməyəcək.”

Amerika elə bir şəraitdə Əfqanıstanda yenidənqurma adı altında əməliyyatlarını davam etdirir ki, xarici qüvvələrin hücumu nəticəsində bu ölkədə çoxlu sayda dinc sakin qətlə yetirilibdir. Onların bu hücumu Əfqanıstanda ciddi dağıntılar yaradaraq, ölkəyə sarsıdıcı zərbə olub.

ABŞ xalqının Vaşinqtonun yüksək xərcli müharibələrinə kəskin etirazı

ABŞ xalqının yüksək məbləğdə pullar xərclənmiş və ABŞ iqtisadiyyatına ciddi zərbə vurmuş xarici müharibələrdən narazı qaldıqları və iqtisadi cəhətdən ciddi təhlükə hiss etdikləri bir vaxt Obama 13 dəqiqəlik çıxışında deyib: “Bu gecə biz asayişdəyik. Biz artıq bilirik ki, müharibə geriçəkilməyə doğru gedir.”

Obama sözlərinin davamında deyib: “Baxmayaraq ki, Əfqanıstanda bizi qarşıda çətin və qaranlıq günlər gözləyir, zəmanətli sülhün nuru uzaqdan müşahidə edilir. Bu uzunmüddətli müharibələr məsuliyyətli sonluğa sahibdir.”

Obama Pentaqon tərəfindən Əfqanıstanda təhlükəsizliyin təmini və əldə olunmuş tərəqqinin hifzi üçün hərbiçilərin uzunmüdətli bir plan əsasında çıxarılması tələblərini rədd edərək deyib: “Öncə elan edildiyi kimi gələn aydan etibarən hərbiçilərin geriçəkilməsi başlanılacaq və bu ilin axrınadək ən azı 10 min hərbiçi geri dönəcək. Bu başlanğıc müharibənin şiddətini azaltmaq üçündür, ona son qoymaq üçün yox.”

Qeyts öncəki fikir ayrılığına baxmayaraq Obamanın planını dəstəkləyib

Obamanın bir neçə saat öncəki çıxışından sonra öncəki fikir ayrılığına və Pentaqonun tədrici geriçəkilmə istəklərinə baxmayaraq bir neçə gün sonra vəzifəsini ABŞ kəşfiyyat müdiri Leon Pantaya təhvil verəcək müdafiə naziri Robert Qeyts Obamanın planını dəstəklədiyini bildirib.

Pentaqonun hazırkı rəhbəri son bəyanatında bildirib: “Yeni layihə Əfqanıstanda komandanların ixtiyarına mənbələr, zaman, ən əsası müstəqil qərar çıxarmaq imkanı verəcək ki, bu ölkədə hərbiçilərin artmasının uğurlu bir sonluqla bitməsinə səbəb olacaq.”

Obamanın Əfqanıstanla bağlı uyğun çıxışı Amerika daxilində bir çox sualların yaranmasına səbəb olub. Əl-Qaidə başçısı, Üsamə Ben Ladenin, o şəxsin ki elə Əfqanıstan müharibəsi onun həbs edilməsi bəhanəsi ilə baş vermişdi, ölüm xəbərindən sonra Əfqanıstan müharibəsinin başlıca məqsədi haqqında suallar yaranıb.

Obama göstəriş verdikdən sonra ABŞ ordusunun bir hissəsinin gələn ilədək Əfqanıstandan çıxarılmasına baxmayaraq, nəzərə alsaq ki, həmin vaxt 2012-ci il prezident seçkilərinə çox az bir zaman qalacaq və xalqın Əfqanıstan müharibəsi ilə bağlı narazılıqlarına rəğmən 65 min hərbiçinin hələ də Əfqanıstanda qalması Obama üçün olduqca böyük bir problem ola bilər. 

"IslamTimes" - Tərcümə şöbəsi
Comment