QR CodeQR Code

Suriyada terrorçulara ağır zərbə

IslamTimes , 31 Jul 2019 09:01

İslamTimes: Ən azı 300 terrorçu məhv edilib


Suriya ordusu və Dəməşqin hərbi müttəfiqi Rusiyanın hərbi aviasiyası Həmanın şimalı və İdlibin cənubunda terrorçulara ağır zərbə endirib. Ən azı 300 terrorçu məhv edilib. Terror şəbəkəsi son günlər yeni qüvvələr səfərbər etmək, yeni silahlar almaq üçün səy göstərirdi. Suriya artilleriyası və Rusiya bombardmançı təyyarələri terrorşuların  başına od yağdırdı. Əksər terror qruplaşmaları xaricilərdən təşkil olunub. Suriya kəşfiyyatı Həmanın şimalında Ən-Nüsrənin mövqelərini müəyyənləşdirdikdən sonra artilleriya işə düşüb və terrorçular ağır itki verib.
 


Story Code: 808058

News Link :
https://www.islamtimes.org/az/news/808058/suriyada-terrorçulara-ağır-zərbə

Islam Times
  https://www.islamtimes.org