0
Saturday 3 August 2019 - 13:56

Ərdoğan: “Mülayim İslam” adlı bir şey yoxdur!

Story Code : 808844
Ərdoğan: “Mülayim İslam” adlı bir şey yoxdur!
Ərdoğan: “Mülayim İslam” adlı bir şey yoxdur!

İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, “mülayim İslam” adlı konsepsiya Qərbə aiddir.
Ərdoğan əmindir ki, heç kəsin yeniliklər daxil etməyə haqqı çatmır, bu cür addımlar isə əslində İslam dinin dünyadakı mövqelərinin zəiflədilməsinə yönəlib.
Onun sözlərinə görə, son zamanlar “mülayim İslam” ideyası yenidən yayılmağa başlayıb. Həmin fikir əslində İslamın dünyada öz nüfuzuni itirməsini istəyən qüvvələr aiddir.
Ərdoğan bildirib ki, 15 il öncə Avropa ölkələrinə səyahət etməyə başlayanda, onu Avropa parlamentində çıxış etməyə dəvət etmişdilər.
“Çıxışımdan dərhal sonra məndən “mülayim İslam” barədə nə düşündüyümü soruşdular. Əlbəttə, mən cavab verdim ki, İslam mülayim və ya qeyri-mülayimola bilməz. İslam birdir”, - deyə o qeyd edib.
“Bundan sonra məsələ bağlandı və daha heç kim bunu məndə soruşmadı. Bəs indi nə baş verdi ki, bu məsələni yenidən şişirtdilər: Məqsəd birdir: dinimizin mövqelərini zəiflətmək. Dinimizdə “mülayim” və ya “qeyri-mülayim” kimi anlayışlar yoxdur. İslam Allahın Kitabında ifadə edilmiş dindir”, - deyə o əlavə edib.
 
Source : Islamazeri
Tagged
ərdoğan
Comment