0
Saturday 25 June 2011 - 08:46

Əliyev Minsk qrupuna nə üçün təşəkkür edib?

Story Code : 80892
Əliyev Minsk qrupuna nə üçün təşəkkür edib?
Əliyev Minsk qrupuna nə üçün təşəkkür edib?
Kazan görüşünün yekunlarına dair qəbul olunmuş birgə bəyanatda tərəflər bu məqsədə doğru gedən yolda irəliləyişin olduğunu qeyd edirlər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sərkisyan Kazanda Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

«Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunmaı üçün şəraitin yaranmasına kömək edəcək», deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa liderlərinə «Dağlıq Qarabağ nizamlanması probleminə daiimi diqqətlərinə görə» minnətdarlıq ediblər. Onlar razılaşmanın əldə olunması üzrə Rusiya prezidentinin şəxsi səylərini yüksək qiymətləndiriblər, deyə bəyanatda bildirilir.

Kazan görüşü 2008-ci ildən başlayaraq doqquzuncu üçtərəfli görüşdür. Bundan əvvəlki sammit Soçidə martın 5-də keçirilib.

Source : HaqqYolu
Comment