Nümayəndələr palatası Liviyadakı müharibənin əleyhinə səs verib
Story Code : 80893
ABŞ Konqresinin Nümayəndələr palatasının (aşağı palatanın) üzvləri prezident Barak Obamaya Liviyada silahlı qüvvələrdən məhdud şəkildə istifadə etməyə imkan verən qətnamənin əleyhinə səs veriblər.
Qətnamənin lehinə 123, əleyhinə isə 295 qanunverici səs verib. Maraqlıdır ki, qətnamənin əleyhdarları sırasında Demokrat partiyasının 70 nəfər üzvü də var. Ekspertlərin fikrincə, qətnamə ABŞ qoşunlarının Liviyadakı iştirakına dərhal təsir etməyəcək.
Xatırladaq ki, iyunun 21-də Konqresin yuxarı palatası olan Senat Barak Obamaya bir il ərzində Liviyada qüvvə istifadə etməyə icazə verən qətnamə qəbul edib.