0
Tuesday 6 August 2019 - 15:04

Zərif: “Dost dedikləri ölkələr ABŞ ilə eyni koalisiyada olmaqdan utanırlar”

Story Code : 809196
Zərif: “Dost dedikləri ölkələr ABŞ ilə eyni koalisiyada olmaqdan utanırlar”
Zərif: “Dost dedikləri ölkələr ABŞ ilə eyni koalisiyada olmaqdan utanırlar”

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Zərif mətbuat konfransında bunları deyib: “Bu gün ABŞ dünyada tək başınadır və bir koalisiya qurmağı bacara bilmir. Dostu sayılan ölkələr ABŞ ilə koalisiyada olmaqdan çox utanırlar”.
 
Dünyada tənha qalan amerikalıların ayaq basdıqları hər yerdə oranın xalqını məhv etmək, zülm və bədbəxtlikdən başqa miras qoymadıqlarını və özlərinə də zillətdən başqa bir şey qazanmadıqlarını söyləyən Zərif, Vaşinqtonun hökmran və güc tətbiqi açıqlamalarının dialoq açıqlaması qarşısında məğlubiyyətə düçar olduğunu bilməli olduğunu deyib.
 
Regionda problem yaradan Körfəzdəki gərginliyə görə məsuliyyətin ABŞ-ın üzərində olduğunu, bölgənin təhlükəsizliyi üçün İranın məsuliyyət daşıdığını izah edən Zərif, Böyük Britaniyanın da ABŞ-ın İrana qarşı iqtisadi terrorizmdə alət olduğunu söyləyib və Krallıq Dəniz Qüvvələrinin İran tankerini ələ keçirməsinin quldurluq olduğunu bildirib.
 
İranın xarici işlər naziri Tramp rəhbərliyinin Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) adlanan nüvə müqaviləsindən çıxıb, İrana qarşı ən ağır sanksiyaları tətbiq etməsiylə əlaqədar qiymətləndirmələr də edib.
 
Tehranın lazım olsa müqavilədən çıxa biləcəyini, bunun qarşısını almaq üçün Avropadan imza atmış tətəfdaşların müqaviləni xilas etmək üçün səylərini artırmalı olduğunu vurğulayan Zərif JCPOA-nın tamamilə yerinə yetirilməsi, İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması, İranın ən azı 2.8 milyon barel neft satışına geri qayıtması tələblərini sadalayaraq, belə danışıb: “Amerikanın JCPOA-dan çıxmasından sonra avropalılar 11 öhdəlik götürdülər. İran neftinin satışı, satışdan əldə olunan gəlirin İrana geri qayıtması, gəmiçilik sahəsində sığorta bunlardan bəziləridir. Avropalılar bu öhdəliklərinə başlamayıblar. Bunlar avropalıların Amerikanın JCPOA-dan çıxmasından sonrakı öhdəlikləridir”.
 
ABŞ-ın dövrümüzdə heç bir müharibədə qələbə əldə edə bilmədiyini və buna görə sanksiya yolunu seçdiyini, İrana qarşı sanksiyalarının da diplomatik uğursuzluq olduğunu bildirən Zərif, nəhayət özünün də sanksiya ilə üzləşdiyini bildirib.
 
Zərif Nyu-Yorka sonuncu səfərində bir senatorla keçirdiyi görüş barədə də danışıb: “Bu səfərdə mənə Ağ Evə getməyim üçün təklif olundu. Mənə bu təklifi qəbul etməyəcəyim təqdirdə, iki həftə ərzində sanksiya siyahısına salınacağım söylənildi, ancaq mən bunu qəbul etmədim”.
 
Source : Deyerler
Tagged
zərif Iran
Comment