Yəmənin cənubunda Ərəbistan və Əmirliyə bağlı silahlı qüvvələr arasında qarşıdurma yaranıb. Aydın görünür ki, Ərəbistanın başçılıq etdiyi koalisiya artıq dağılır və Yəmən müharibəsi Yəmən xalqının xeyirinə tamamlanır. Əmirliyin xarici işlər üzrə naziri Ənvər Qarqaş öz tvitter səhifəsində tərəfləri atəşkəsə dəvət edib. Nazir silahlı qarşıdurmanı dayandırıb problemin siyasi həll yolunu axtarmağın zəruri olduğunu bildirib.