QR CodeQR Code

Klinton, Talibanla görüşü zərurət olaraq qəbul etdi!

islamtimes , 25 Jun 2011 17:50

Translator :

İslamtimes - Talibanın ABŞ tərəfinə elan etdiyi tələblərindən biri, Əfqanıstan xaricində, çox ehtimalla Qatarda özləri üçün müstəqil bir Siyasi Büro qurmaq olmuşdur.


islamtimes.org/az/ - ABŞ Xarici İşlər Naziri Hillari Klinton, ölkənin sena məclisində etdiyi çıxışında, Taliban qrupuyla görüşlərin zəruri olduğunu vurğulayaraq "Əfqanıstanda Talibanla edilən müzakirələr çox kiçik bir giriş xüsusiyyətində oldu" demişdir.

“İslamtimes” –in “United Press İnternational” qəzetinə istinadən verdiyi xəbərinə görə, Klinton bu barədə “ABŞın Talibanla görüşməsi bir zərurətdir və mən şəxsən, prezident Barak Obamanın belə bir müzakirəni mümkün hala gətirə biləcək təcavüzkar hərbi strategiyasını qəbul edirəm" kimi ifadə işətmişdir.

Qeyd edək ki, ABŞ-la Taliban arasında bundan əvvəl keçirdiyi görüşləri çox kiçik bir giriş və hazırlıq cəhdi olaraq təyin etdiyi şərtlər altında amerikalı rəsmilər Taliban lideri Molla Ömərin məsləhətçilərindən olan Məhəmməd Tayyib ilə 3 dəfə görüşmüşlər.

Lakin amerikalı rəsmilər eyni zamanda, Taliban qrupuyla gələcək görüşlərinin necə irəliləyəcəyindən əmin olmadıqlarını da açıqlayıblar.

Xatırladaq ki, Talibanın ABŞ tərəfinə elan etdiyi tələblərindən biri, Əfqanıstan xaricində, çox ehtimalla Qatarda özləri üçün müstəqil bir Siyasi Büro qurmaq olmuşdur.


Story Code: 81025

News Link :
https://www.islamtimes.org/az/news/81025/klinton-talibanla-görüşü-zərurət-olaraq-qəbul-etdi

Islam Times
  https://www.islamtimes.org