0
Saturday 17 August 2019 - 06:59

ABŞ Livana 150 Humvee “bağışlayıb”

Story Code : 811007
ABŞ Livana 150 Humvee “bağışlayıb”
ABŞ Livan ordusuna 150 ədəd bahalı Humvee hərbi maşını hədiyyə edib. Zirehli maşınları Livan ordusu hərbi hədiyyə adı ilə qəbul edib. RT xəbər verir ki, Livan Amerikadan davamlı hərbi yardım alan 5 ölkədən biridir. 2011-ci ildən bu günə qədər Beyruta 1 milyard 700 milyon dollarlıq hərbi yardım edilib. Ardıcıl şəkildə hava məkanı İsrail qırıcıları tərəfindən pozulan Livanın ABŞ-dan hərbi yardım alması məntiqi görünmür. Hizbullah baş katibi Seyid Həsən Nəsrullah Livan dövlətinə dəfələrlə təklif edib ki, İrandan hərbi təchizat almaq daha məqsədəmüvafiqdir.
 
Source : IslamTimes
Tagged
livan