QR CodeQR Code

ABŞ Livana 150 Humvee “bağışlayıb”

IslamTimes , 17 Aug 2019 06:59

İslamTimes: Livanı yaşadan Hizbullaha qadağa, Livan ordusuna hədiyyə?!


ABŞ Livan ordusuna 150 ədəd bahalı Humvee hərbi maşını hədiyyə edib. Zirehli maşınları Livan ordusu hərbi hədiyyə adı ilə qəbul edib. RT xəbər verir ki, Livan Amerikadan davamlı hərbi yardım alan 5 ölkədən biridir. 2011-ci ildən bu günə qədər Beyruta 1 milyard 700 milyon dollarlıq hərbi yardım edilib. Ardıcıl şəkildə hava məkanı İsrail qırıcıları tərəfindən pozulan Livanın ABŞ-dan hərbi yardım alması məntiqi görünmür. Hizbullah baş katibi Seyid Həsən Nəsrullah Livan dövlətinə dəfələrlə təklif edib ki, İrandan hərbi təchizat almaq daha məqsədəmüvafiqdir.
 


Story Code: 811007

News Link :
https://www.islamtimes.org/az/news/811007/abş-livana-150-humvee-bağışlayıb

Islam Times
  https://www.islamtimes.org