0
Thursday 22 August 2019 - 13:19

Vəhabilər qızlar məktəbini yandırdı

Story Code : 812048
Vəhabilər qızlar məktəbini yandırdı

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, “Taliban” terror təşkilatı Əfqanıstanın paytaxtı Kabil şəhərinin yaxınlığında yerləşən qızlar üçün nəzərdə tutulmuş orta məktəbi yandırıb.
Ölkənin DİN rəsmisi hadisə ilə bağlı məlumat verib.
Terrorçuların Nasiri kəndindəki sözügedən məktəbi yandırması nəticəsində 22 sinif zərər görüb, azı 1,5 min dərslik yanıb.
Həmin məktəbdə təxminən 700 qız təhsil alırdı.
 
Source : islamazeri
Comment