QR CodeQR Code

Kazan zirvəsi də nəticəsiz qaldı

islamtimes , 26 Jun 2011 15:03

Reporter :

İslamtimes - ABŞ prezidenti Obamanın, görüşdən öncə Əliyev və Sarkisyanla telefon əlaqəsi saxlayaraq, beynəlxalq qanunlar üzərində razılığa gəlmələri və sülh yolu ilə həll üçün qərarlı addım atmalarını tövsiyə etdiyi də bildirilir.


islamtimes.org/az/ - Rusiya prezidenti Dimitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın qatıldığı zirvədə, Rusiya və ABŞ-ın “səy” lərinə baxmayaraq yenə də heç bir nəticə əldə edilmədi. Bu barədə “İslamtimes” xəbər verib.

Tatarıstanın paytaxtı Kazanda keçirilən zirvə görüşündə, üç saat davam edən görüşdə heç bir irəliləyiş müşahidə olunmadı.

Əliyev və Sarkisyan, zirvədən sonra mətbuata verdikləri açıqlamada, bir çox sahədə ortaq məxrəcə gəldiklərini açıqlasalar da bunu tam şərh etmədilər.

ABŞ prezidenti Obamanın, görüşdən öncə Əliyev və Sarkisyanla telefon əlaqəsi saxlayaraq, beynəlxalq qanunlar üzərində razılığa gəlmələri və sülh yolu ilə həll üçün qərarlı addım atmalarını tövsiyə etdiyi də bildirilir.

Zirvədən sonra verilən ortaq açıqlamda, "Rusiya, Azərbaycan və Ermənistan zirvəsində, Qarabağ probleminin həll edilməsiylə əlaqədar beynəlxalq qanunlar üzərində razılaşma təmin edilmədiyi, ancaq tərəflərin bu yolda irəliləyişə nail olacaqlarını” ifadə etdilər.

Əliyev və Sarkisyan, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (AGİT) Minsk qrupu nümayəndələrindən olan Rusiya, ABŞ və Fransaya Qarabağ probleminin həlli üçün verdikləri dəstəyə görə təşəkkür edərək, xüsusilə Medvedyevin həll qanunları mövzusunda razılaşma üçün göstərdiyi köməkliyə görə təşəkkür etdilər.

Medvedyev də görüşdən əvvəl etdiyi çıxışında, Əliyev və Sarkisyanın, Qarabağ probleminin həlli məsələsində nəticə əldə etmək üçün "ortaq məxrəcə gəlmənin lazım olduğunu" vurğuladı.

Zirvəyə Medvedyevlə yanaşı Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Medvedeyvin köməkçisi Sergey Prixadko da qatılmışlar.


Xatırladaq ki, Əliyev, Sarkisyan və Medvedyev, Kazandakı zirvə də daxil olmaqla 2008-ci ildən indiyə kimi 8 dəfə görüşmüşlər.


Story Code: 81208

News Link :
https://www.islamtimes.org/az/news/81208/kazan-zirvəsi-də-nəticəsiz-qaldı

Islam Times
  https://www.islamtimes.org