QR CodeQR Code

İraqlı mərcəi təqlid müctehidindən biri ABŞ əsgərlərilə bağlı fətva verib

islamazeri , 24 Aug 2019 13:42

İslamtimes - İraqlı mərcəi təqlid müctehidindən olan Ayətullah Kazim əl-Hüseyni Hairi İraqda "Haşdi Şabi"nin hədəf alınmasından sonra ABŞ əsgərlərilə bağlı fətva verib.


 
İslamazeri.com "rasthaber"ə istinadən xəbər verir ki, verilən fətvada "Açıqça bildirirəm; qanuni məsuliyyət hansı ad altında olursa olsun ABŞ əsgərləri və onun oxşarlarının məsləhətçi, təlimçi və terrorla mübarizə bəhanəsilə İraqda qalmaları haramdır", - deyə bildirib.
Ayətullah Hairi,  İraqlıların hücumlara qarşı mübarizə etmələri üçün əsas variant "müqavimət və müdafiə" olduğunu qeyd edib.
Qeyd edək ki, İranın Qum şəhərində yaşayan mərcəi təqlid müctehidindən olan Ayətullah Kazim əl-Hüseyni Hairi İraqda böyük nüfuza sahib Seyid Müqtəda Sədrə bağlı "Sədr" hərəkatına bağlı insanlar arasında təqlid olunan əsas müctehiddir.
 


Story Code: 812414

News Link :
https://www.islamtimes.org/az/news/812414/iraqlı-mərcəi-təqlid-müctehidindən-biri-abş-əsgərlərilə-bağlı-fətva-verib

Islam Times
  https://www.islamtimes.org