QR CodeQR Code

Apellyasiya Məhkəməsi "Gəncə işi" ilə bağlı həbsdə olanlardan birini azadlığa buraxıb

islamazeri , 24 Aug 2019 13:49

İslamtimes - Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində 2018-ci il “Gəncə işi” üzrə həbs edilmiş növbəti qrupun işi üzrə proses yekunlaşıb.



Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində 2018-ci il “Gəncə işi” üzrə həbs edilmiş növbəti qrupun işi üzrə proses yekunlaşıb.
Apellyasiya instansiyası məhbusların cəzasını yüngülləşdirib. Elvin Əliyevin cəza müddəti həbsdə keçirdiyi müddətə qədər azaldılıb və o, məhkəmə zalında azadlığa buraxılıb. Digər şəxslərin cəza müddətini məhkəmə 2 il azadlıqdan məhrumetməyədək azaldıb.
Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Elvin Əliyev, İsa Məhərrəmzadə, Aydın Rüstəmov və Alim Yusifov bu ilin martında kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə 6,5 ildən9 ilədək müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Bir müddət əvvəl Apellyasiya Məhkəməsinin qərarı ilə Gəncə hadisələri üzrə daha dörd məhbus azad edilib. Bu, övladlarının azad edilməsini tələb edən valideynlərin kütləvi etirazları fonunda baş verib.
2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra hakikiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və şəhər icra başçısının mühafizəçisini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-a Gəncə administrasiyasının binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar olduğu, iki yüksək rütbəli polis zabitinin qətlə yetirildiyi barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.
2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov bildirib ki, Elmar Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum ediliblər.(amerikanınsesi)
 


Story Code: 812416

News Link :
https://www.islamtimes.org/az/news/812416/apellyasiya-məhkəməsi-gəncə-işi-ilə-bağlı-həbsdə-olanlardan-birini-azadlığa-buraxıb

Islam Times
  https://www.islamtimes.org