0
Sunday 25 August 2019 - 09:22

Sairun koalisiyası: Din alimləri ABŞ-ın İraqda olmasını haram sayır

Story Code : 812526
Sairun koalisiyası: Din alimləri ABŞ-ın İraqda olmasını haram sayır
Bu günlərdə ABŞ hərbçilərinin İraqda olması ölkənin ən aktual məsələlərindəndir. Son bəyanat Sairun koalisiyası tərəfindən səslənib. Koalisiya üzvü Rad Hüseyn bildirib ki, İraqda xalq, məsullar və din alimləri ABŞ hərbçilərinin ölkədən çıxmasını zəruri sayır. Bu günlərdə bütün zümrələr ABŞ hərbçilərinin İraqda olmasını məhkum edir, pisləyir. Din alimləri bunu haram sayır, ABŞ hərbçiləri İraqda olmamalıdır deyir. Səbəb aydındır. Əvvəla  İraq dövləti və xalqı bunu istəmir. İkincisi, ABŞ İraqda öz mənafelərinin təmini üçün qalıb və regionda gərginliyi artırır.  
 
Source : IslamTimes
Tagged
sairun